Maide.az

Qiymətlər qalxdı - SİYAHI

«Azersun Holding» bu bazar günləri ərəfəsində satış mərkəzlərinə öz məhsullarını yeni qiymətlə təqdim edib.   Maide.Az Novosti.az saytına istinadən xəbər verir ki, bu barədə yerli supermarketlərdən birinin sahibi söyləyib.   Hal-hazırda məhsulların piştaxtalarda və kassa aparatında yazılan qiymətləri dəyişdirilir.   “Azərsunun demək olar ki bütün malları yeni qiymətlə gəlib. Qiymət məhsuldan asıllı olaraq 5-20 qəpik artıb”.   Dəyəri artan əsas ərzaq məhsullarının siyahısını təqdim edirik:   - duz;   - un;   - kərə yağı;   - düyü;   - şəkər;   - qənd;   - süd məhsulları.