Qüds və Fələstinə dəstək məqsədilə keçirilən virtual konfransda bəyanat qəbul olunub
"Qüds əmanətdir" konfrasn iştirakçıları fələstinlilər əleyhinə törətdiyi cinayətlərə görə sionist İsrail rejimini beynəlxalq və regional məhkəmələrdə mühakimə olunmasını tələb ediblər. Maide.Az "qudsnet"-ə istinadla xəbər verir ki, bu haqda Fələstinə dəstək məqsədilə Türkiyə və digər müsəlman ölkələrindən siyasətçilər, ictimai xadimlər, din alimləri və dünya ölkələrinin müxtəlif ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən “Qüds əmanətdir” adlı virtual konfransda bəyanat qəbul olunub. Konfrans iştirakçıları bəzi ərəb ölkələrinin işğalçı sionist rejimlə əlaqələrin qurulmasına çalışmasını pisləyib və bu addımın Allaha, Peyğəmbərə, möminlərə, Qüds və Əqsa məscidinə xəyanət olduğu açıqlanıb. "Dicle" Universitetinin baş katibi Əli Karakaş çıxışında "Əsrin müqaviləsi" ilə mübarizənin bütün İslam ümmətinə vacb olduğunu vurğulayıb və qeyd edib ki, Türkiyə xalqı da bu utancverici planın uğursuz olması üçün müxtəlif proqramlar və addımlar həyata keçirir. Konfrans iştirakçıları həmçinin müsəlmanlar arasında vəhdət yaratmaq və müqəddəs yerləri müdafiə etmək üçün "Qüds komitəsi"nin yaradılmasını təklif ediblər. Bəyanatda kofnrans iştirakçıları həmçinin Qüds və Fələstində fələstinli ailələrə dəstək üçün fondun yaradılmasını təkif ediblər. Konfrans iştirakçıları Fələstin məsələsini araşdırmaq üçün təhqiqat mərkəzinin yaradılması haqda razılaşıblar.