Qüdsün işğalçı İsrail rejimi tərəfindən mühasirəsinə dünyanın müxtəlif ölkələrində müsəlmanlar etiraz edir
Bu gün Malaysia, İordaniya, Türkiyə, Yəmən, Qəzza və digər bir neçə müsəlman ölkələrində sionist rejimin Qüdsdə fələstinlilərə qarşı tətbiq etdiyi məhdudiyyətlər və Əqsa məscidinin qapısının bağlanmasına etiraz əlaməti olaraq aksiyalar keçirib. Maide.Az xəbər verir ki, bu gün Malaysiyanın bir çox şəhərlərində cümə namazından sonra insanlar Fələstinə dəstək aksiyası keçirib. Həmçinin İordaniyanın paytaxtı Ammanda cümə namazından sonra müsəlmanlar küçələrə axışıb və Fələstinlilərə dəstək mitinqi keçirilib. Türkiyənin İstanbul şəhərindədə minlərlə insan bu günü “Qəzəb günü” elan edərək cümə namazından sonra etiraz aksiyası keçirib və Əqsa məscidinə qarşı hörmətsizliyi dayandırılmasını tələb ediblər. Eləcədə Əqsa məscidi ətrafında baş verənlərlə bağlı bu gün Səudiyyə rejiminin bombardmanı altında olmalarına baxmayaraq Yəmənin bir çox şəhərlərindəki cümə namazlarında fələstinlilərə dəstək şüarları səsləndiririb. Əqsa məscidi ətrafında baş verənləri pisləyiblər. Fəth hərəkatı da bu gün Qəzzada etiraz aksiyası keçirərək sionist rejimin Qüdsdə və Əqsa törətdiyi cinayətləri pisləyib və Əqsanın açılmasını tələb ediblər. Dünyanın müxtəlif ölkələrindən müsəlmanlar sosial şəbəkələrdə #StandUpForQuds hastaqı altında yazılar paylaşır və öz etirazlarını bildirir.