Maide.az

Qüdsdə ən hündür minarənin açılışı olub -FOTO

Fələstinlilər ötən gün  işğal olunmuş Qüdsün  Al-Issawiya şəhərində ən hündür minarənin açılış mərasimini keçirdi.    Maide.Az xəbər verir ki,  minarənin hündürlüyü 73 metrdir.   Məscid-Əqsanın xətibi Şeyx Akrama Sabri   minarənin açılış mərasimində deyib ki,  bu minarə Qüds şəhərinin ən hündür minarəsidir.  Minarənin üzərinə qoyulmuş ay simvolunun hündürlüyü 10 metrdir.    O deyib ki, bu minarə  Al-İssaviya şəhərinin əhalisi və 1948-ci ildə işğal olunmuş torpaqlarda yaşayan ərəblərin yardımı ilə tikilib.