Qaz olmayacaq!
Bu gün Bakının Xətai və Abşeron rayonlarında, həmçinin Mingəçevir şəhərində təbii qaz təchizatında məhdudiyyətlər olacaq. “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Maide.az-a verilən məlumata görə, qış mövsümündə abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə oktyabrın 23-də saat 10:00-dan 15:00-dək Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrində, saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun bir hissəsində, saat 09:00-dan 18:00 dək isə Mingəçevir şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq.