Qazaxıstan prezidentinin Azərbaycana səfərinin vaxtı məlum olub
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana səfərinin vaxtı məlum olub. Qazaxıstanın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, N. Nazarbayev aprelin 2-3-də Azərbaycanda rəsmi səfərdə olacaq. Səfər zamanı iki ölkə arasında 4 sənədin imzalanması nəzərdə tutulur. /