Maide.az

Qazaxıstanın Azərbaycanda yeni səfiri təyin edilib

Nursultan Nazarbayev Beybit İsabayevi Qazaxıstanın Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin edib.   APA-nın məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidməti xəbər verib.   Qeyd edək ki, bundan əvvəl B.İsabayev Qazaxıstanın Qırğızıstan Respublikasındakı səfiri vəzifəsini tutub.