Qazaxıstan Myanma müsəlmanlarına maliyyə yardımı edəcək
Qazaxıstan Myanma ordusunun zülmündən qaçaraq Banqladeşə sığınan Rohinciyalı müsəlmanlara 500 min dollar məbləğində yardım göndərəcək. Maide.Az Rusiya KİV-lərinə istinadən məlumat verir ki, Rohinciyalı müsəlmanlara yardım barəsində fərmanı ölkənin baş naziri Bakıtjan Sağıntayev imzalayıb. Fərmana əsasən, Qazaxıstan Respublikası Maliyyə Nazirliyi Banqladeşdəki düşərgələrdə yaşayan Rohinciyalı müsəlamanlara rəsmi humanitar yardım göstərilməsi üçün 500 min ABŞ dolları ölkənin Xarici İşlər Nazirliyinə təhvil verəcək. Vəsait Qazaxıstan və digər ölkələr ərazisində insan hüquqları və fövqəladə hallarının aradan qaldırılması üçün nəzərdə tutulmuş təcili yardım fondundan ayrılacaq. Qeyd edək ki, 2017-ci il Rohinciya müsəlmanları üçün ən ağır və ən pis il olduğu vurğulanır. Bbu il ən az 650 min müsəlman ifratçı budistlər və Myanma ordusunun zülmündən qaçaraq Banqladeşə sığınıb. Xatırladaq ki, Sərhədsiz Həkimlər Təşkilatı tərəfindən yayımlanan hesabata əsasən, 25 avqust tarixindən 24 sentyabr tarixinədək ən az 9 min Rohinciyalı müsəlman Myanma ordusu tətərfindən öldürülüb.