Qazaxıstanda yeni məscid açıldı
Qazaxıstanın Qarağan vilayətinin Kungey mikrorayonunda yeni bir məscid fəaliyyətə başlayıb. Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, açılış mərasimində Qarağan vilayətinin baş imamı Omirzak Bekkoja və Kungey mikrorayon sakinləri iştirak etdilər. Məscidin sahəsi 1200 kvadratmetrdən çoxdur. Məsciddə qadın və kişilər üçün ayrıca salonlar, dinşünaslıq dərsləri və hətta öz kitabxanası var. Məscid 700 nəfər üçün nəzərdə tutulub, 250 nəfərlik yeməkxanası da var.