Maide.az

Qazaxıstanda Suriya danışıqlarının 14-cü raundu keçirilir

Dekabrın 10-da Türkiyə, İran və Rusiyanın nümayəndə heyətləri Qazaxıstan paytaxtı Nur-Sultana ikigünlük danışıq aparmağa gediblər. Jurnalistlərə açıqlamanı Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aibek Smadiyarov verib.   Üçtərəfli danışıqların məqsədi Suriyada səkkiz ildir gedən vətəndaş müharibəsinin daimi həlli yollarını götür-qoy etmək, eləcə də müharibədən sonrakı konstitusiya, siyasi keçid, təhlükəsizlik və qaçqınların yenidən yerləşdirilməsi üzrə danışıqlar aparmaqdır.   Astana prosesi çərçivəsində ilk görüş 2017-ci ilin yanvarında Türkiyədə olub. Məqsəd BMT-nin sponsorluğu ilə keçirilən Cenevrə sülh danışıqlarına dəstək verməkdir.   Artıq bu proses çərçivəsində 14-cü toplantı keçirilir.