Maide.az

Qazaxıstanda silah anbarında baş verən partlayışda xəsarət alanların sayı 46-ya çatıb

Qazaxıstanın Arıs şəhərində hərbi anbarda partlayışda onlarla adam xəsarət alıb.   Müdafiə nazirinin müavini Timur Dandibaev partlayışıb səbəbinin bəlli olmadığını deyib.   Regionun paytaxtı Şimkent şəhərində xəstəxanaya dördü uşaq olmaqla 46-dək adamın yerləşdirildi bildirilir. Xəstəxana başçısı yaralılardan üçünün ağır durumda olduğunu söyləyib.   Otırar bölgəsində xəstəxanada isə 34 nəfərin müalicə olunduğu bildirilir.   Prezident Qasym-Zhomart Toqaev Facebook-da yazıb ki, Müdafiə və Daxili İşlər Nazirliklərinə, Türkistan region rəsmilərinə partlayışın səbəblərini araşdırmaq göstərişi verib.   Məlumata görə, xəsarət alanlardan 5-i uşaqdır.