Qazaxıstanda saytlar kütləvi şəkildə bağlanıb
Qazaxıstanda terrorçuluq və ekstremizm təbliğınə görə 100-ə yaxın sayt bağlanıb. FaktXəbər-in məlumatına görə, bu barədə "RİA Novosti" agentliyi ölkənin Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadən yazıb. Məlumatda bildirilir ki, çoxsaylı şikayət ərizələrini nəzərə alaraq Astana Ali Məhkəməsi iddia tələblərinin təmin edilməsi barədə müvafiq qərar qəbul edərək, Qazaxıstanda terrorizm, ekstremizm və separatizm təbliğatını aparan, eləcə də ölkədə istənilən formada milli təhlükəsizliyi pozan 100 sayt bağlanıb. /