Maide.az

Qazaxıstanda saxlanılan 4 Azərbaycan vətəndaşı daha 5 ay həbsdə qalacaq

Qazaxıstanın Manqistau vilayətində müvəqqəti təcridxanada saxlanılan 4 Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilib.   APA-nın “lada.kz” saytına istinadən verdiyi xəbərə görə, məhkəmənin qərarı ilə onlara daha 5 aylıq həbs cəzası kəsilib.   Məhkəmə prosesi zamanı bildirilib ki, azərbaycanlı balıqçılar 10 fevral 2015-ci il tarixində “Bayda” tipli qayıqla Pirallahı qəsəbəsindən Qazaxıstanın su sərhədlərinə doğru hərəkət ediblər.    Onlar saxlanılan zaman üzərilərində heç bir sənəd, müvafiq icazə kağızı olmayıb.   Məhkəmənin qərarına əsasən, 4 nəfər Azərbaycan vətəndaşına 5 il müddətinə Qazaxıstana giriş qadağan olunacaq.