Maide.az

Qazaxıstanda parlament seçkilərində seçici aktivliyi 71,78 faizə çatıb

Bu gün Qazaxıstanda keçirilən növbədənkənar parlament seçkilərində seçki aktivliyi yerli vaxtla saat 14:00-a qədər seçki aktivliyi 70 faizi keçib.   APA-nın “Novosti-Kazaxıstan”a istinadən verdiyi məlumata görə, bunu  Qazaxıstan Mərkəzi Seçki Komissiyasının üzvü Tatyana Oxlopkova açıqlayıb.   T. Oxlopkova deyib ki, saat 16:00-a olan məlumata əsasən seçici aktivliyi 71,78 faiz təşkil edib./