Maide.az

Qazaxıstan daha bir Azərbaycan gəmisini saxlayıb; balıq ovuna görə

Qazaxıstan sərhədçiləri Xəzərdə qeyri-qanuni balıq ovu ilə məşğul olan 4 Azərbaycan vətəndaşını saxlayıblar.   Bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinin yaydığı xəbərdə bildirilir.   Dənizin Qazaxıstana aid hissəsində qeyri-qanuni ovla məşğul olan şəxslər qaçmağa cəhd etsələr də, havaya qaldırılan helikopter buna imkan verməyib.   Faktla bağlı hüquq-mühafizə orqanlarına məlumat verildiyi bildirilir.   Qeyd edək ki, bir neçə il əvvəl də Qazaxıstan sərhədçiləri Azərbaycana məxsus balıqçı gəmisini heyəti ilə birgə saxlamışdı və uzun müddət bu bürədə danışıqlar aparıldı.