Maide.az

Qazaxıstanda biznes mərkəzindəki yanğında ölənlər var

Qazaxıstanın Almatı şəhərində "Almaty Towers" biznes mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.   Trend-in məlumatına görə, bu barədə şəhər Fövqəladə hallar departamentinin rəsmi nümayəndəsi Sanduqaş Baymuhambetova deyib.   Qeyd edək ki, ötən gecə 6 mərtəbəli binanın dam örtüyündə yanğın baş verib.   Hadisə ilə bağlı cinayət işi açılıb. /