Maide.az

Qazaxıstanda benzin bahalansa da, Azərbaycandan ucuzdur

Qazaxıstan dəmir yolu ilə RF-dən dizel yanacağı gətirilməsinə qadağanın vaxtını uzadıb.   Qadağan mayın 20-dən 2015-ci il iyunun 20-dək uzadılsın, deyə ölkənin Energetika Nazirliyinin səndəində bildirilir.   Dizel yanacağı və benzin gətirilməsinə qadağa NEZ-lərdə malın yığılıb qalması ilə bağlı 5 mart 2015-ci ildən tətbiq edilib.   26 mayda ölkədə Aİ 93/92 benzini bahalanıb. "Neft məhsullarının pərakəndə satış qiymətinin müəyyən edilməsi haqqında" əmri energetika naziri Vladimir Şkolnik imzalayıb.   Sənədə əsasən,  dizel yanacağının 1 litrinin qiyməti 99 tenge ($0,53), Aİ-80 - 89 tenge ($0,48), Aİ-92/93 - 108 tengedir ($0,58).   Buna qədər Aİ 92/93 benzinin 1 litri 99 tenge idir.   Azərbaycanda  AI-95 markalı benzin $0,83, AI-92 və AI-80 $0,73-dır.