Qazaxıstanda Avrasiya Müsəlman Ziyalıları forumu keçirilib
Qazaxıstanın paytaxtı Astanada Avrasiya Müsəlman Ziyalıları Forumu keçirilib. Maide.Az "dunyabulteni"-nə istinadən xəbər verir ki, forumda Avrasiya bölgəsində ortaq fətva bazasının, mənəvi yenilənmə konsepsiyasının, forumun katibliyinin yaradılmasına, fəaliyyət proqramının hazırlanmasına və rəsmi saytın təsis edilməsinə qərar verilib. Qazaxıstan baş müftüsü Serikbay Orazın başçılığı ilə keçirilən forumda 22 ölkədən 30-dan çox nümayəndə heyəti iştirak edib. Forumda çıxış edənlər Avrasiya bölgəsində yaşayan xalqların birliyininin zərurliyini vurğulayıb.