Maide.az

Qazaxıstanda ard-arda 2 zəlzələ baş verib

Qazaxıstanda ard arda 4,6 və 4,4 bal gücündə zəlzələ baş verib.   Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, təbii fəlakətlərin episentri Alma-Ata şəhərindən 276 kilometr şimal-şərqdə olub. 4.6 bal gücündə olan zəlzələnin ocağı 20 kilometr dərinlikdə, 4.4 bal gücündə olanın isə 10 kilometr dərinlikdə yerləşib.