Maide.az

Qazaxıstanda 52 özbək avtobusda yanaraq ölüb (VİDEO)

Qazaxıstanın Aktobe vilayətində, Samara-Şımkənd avtomobil yolunda avtobus yanıb.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, hadisə zamanı avtobusda 57 nəfər olub. Onlardan 52-si ölüb, 5- isə nəqliyyat vasitəsini vaxtında tərk edə bilib.   Həlak olan şəxslərin Özbəkistan vətəndaşı olduğu bildirilir.   Hadisə yerində yanğınsöndürənlər işləyir.