Maide.az

Qazaxda jurnalist polis tərəfindən saxlanıldı

Qazaxda yaşayan jurnalist Nicat Əmiraslanov mayın 22-də axşam saatlarında saxlanılıb. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib.   Hazırda Qazax rayon Polis Şöbəsində saxlanılan N.Əmiraslanovun mayın 23-də məhkəmə qarşısına çıxarılacağı bildirilir.   Yaxınları bildirib ki, o, polisə müqavimət göstərməkdə təqsirləndirilir.   Qazax rayon Polis Şöbəsindən Meydan TV-yə N.Əmiraslanovun saxlanıldığını təsdiqləsələr də, səbəbini deməyiblər.   N. Əmiraslanovun yaxınları onun saxlanma səbəbi kimi "Facebook" sosial şəbəkədəki paylaşımlarını göstərirlər.   N.Əmiraslanov müstəqil jurnalist kimi fəaliyyət göstərir. (meydantv)