Maide.az

Qazağıstanın paytaxtında uşaq bağçasında KÜTLƏVİ ZƏHƏRLƏNMƏ

Qazağıstanın paytaxtı Astanada uşaq bağçasında uşaqlarda kütləvi zəhərlənmə faktı qeydə alınıb.   Maide.Az bildirir ki, Trend-in məlumatına görə, uşaqların kütləvi zəhərlənməsi ilə bağlı valideynlərdən şikayət daxil olub. Şikayətdən sonra işçi qrup yaradılıb, zəhərlənmə faktı araşdırılır.   İlkin ehtimala görə, həkimə müraciət edənlərin qidadan zəhərləndikləri bildirilib.   Hazırda xəstəxanada 6 uşaq və 2 tərbiyəçi-müəllimin müalicə aldığı qeyd edilir.   Daha böyük yaş qrupundan da 10 uşaqda ürək bulanma, qusma, yüksək temeperatur əlamətləri qeydə alındığı bildirilib.