Qazağıstanda vəhhabilik qadağan olunur
Qazağıstanın milli təhlükəsizlik komitəsinin sədri Vladimir Jumakanov bildirib ki, ölkəsi qanunvericilik səviyyəsində vəhabilik (sələfizm) ideologiyasını qadağan etməyi planlaşdırır. Maide.Az xəbər verir ki, bu barədə dixinews.kz saytı məlumat verib. V. Jumakanov deyib ki, 2011-ci ildən indiyədək ölkədə baş verən hadisələrin hamısı sələfiliklə bağlılığı var. O əlavə edib ki, vəhhabiliyin qadağan edilməsinin lehinə və əleyhinə olanlar var. “Lakin biz yaxın zamanlarda bu məsələ ən yüksək səviyyədə - prezident və təhlükəsizlik şurası səviyyəsində - öz həllini tapacaq və vəhhabilik qadağan olunacaq. Qeyd edək ki, Qazaxıstanın Qərbi Qazaxıstan və Aktobe vilayətlərində avqustun 12-dən 30-dək 3 radikal qruplaşma zərərsizləşdirilib. Bildirilir ki, ekstremistlər hüquq-mühafizə orqanlarına hücumlar təşkil etməyi və insanların çox olduğu ərazilərdə terror aktı törətməyi planlaşdırıblar. Qruplaşma üzvlərinin yaşadığı yerlərdən silah-sursat, trotil, kustar üsulla hazırlanmış partlayıcı qurğu, bıçaqlar və ekstremist məzmunlu materiallar götürülüb. Onlar evində həmçinin xüsusi kağız, çap aparatı və saxta pullar aşkar edilib. Ümumilikdə Qərbi Qazaxıstan vilayətində 10, Aktobe rayonunda isə 11 nəfər həbs olunub.