Maide.az

Qaxda partlayış: xəsarət alanlar var

Qaxda partlayış baş verib, xəsarət alanlar var.   Maide/Az  "Report"a istinadən xəbər verilir ki, bu gün səhər saatlarında Qax rayon Kommunal Təsərrüfat və İstehsalat Birliyinin işçiləri şəhər ərazisində torpaq yayan zaman naməlum səbəbdən partlayış baş verib.   Nəticədə xəsarət alan 4 nəfər Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.   Hazırda hadisənin səbəbləri araşdırılır.