Maide.az

Qatar vurdu, qolunu kəsdilər

Şəmkirdə qatar bir nəfəri vurub.   APA-nın məlumatına görə,hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb. Sumqayıt şəhər sakini, 1972-ci il təvəllüdlü Natiq Namazov dəmir yol xəttini keçmək istəyərkən Qatar onu vurub. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və sağ qolu amputasiya edilib.    Faktla bağlı araşdırma aparılır. /