Qasim Süleymani və digər şəhidlərin cənazələri Tehranda - Ali Rəhbər cənazə namazı qılacaq
ABŞ terroru nəticəsində şəhid olmuş general Qasim Süleymani, Abu Mehdi Mühəndis və digər şəhidlərin cənazələri gecə saatlarında Tehrana gətirilib. Tehranın hava limanında şəhidləri ölkənin hərbi rəhbərliyi, rəsmilər, gecə saatlarından hava limanına axışan xalq qarşılayıb. Daha sonra şəhidlərin cənazələri Tehran universitetinin yerləşdiyi Azadi meydanına aparılıb və bu gün səhər Ali Rəhbər Ayətullah Xameneinin imamətliyi ilə şəhidlərə cənazə namazı qılınacaq. Milyonlarla Tehran sakini və digər şəhərlərdən gəlmiş insanlar cənazə namazında iştirak etmək və şəhidlərlə vidalaşmaq üçün gecə saatlarından Tehran Universitetinə tərəf axın edib. Hazırda cənazə namazının qılınmısı üçün hazırlıq işləri görülür və yerli vaxtla saat 8-də cənazə namazı qılınacaq. Cənazə namazının qılınmasından sonra şəhidlərin nəşi İnqilab meydanından Tehranın Azadi meydanına kimi milyonlarla əhalinin vidalaşma yürüşü ilə müqəddəs Qum şəhərinə göndəriləcək. Burada da vida mərasimi bitdikdən sonra Qasim Süleymaninin cənazəsi dəfn üçün Kermana yola salınacaq. Şəhid Əbu Mehdi Mühəndisin cənazəsi isə DNT analizi ilə pak nəşinin qalıqları müəyyən edildikdən sonra Nəcəfə yola salınacaq və Vadius-Salam qəbristanlığında dəfn ediləcək.