Qar və havanın şaxtalı olmasına görə 27 uşaq həyatını itirib - Əfqanıstanda
Əfqanıstan rəmiləri bildirir ki, ölkənin şimalında uzaq bölgələrdə havanın həddən artıq soyuması və qarın yağmasına görə 5 yaşından aşağı 27 uşaq tələf olub. Maide.Az xəbər verir ki, Əfqanıstanın Cuzcan əyalətinin şimalında Dərzab bölgəsində qarın hündürlüyü 50 santimetrə çatıb. Bu bir çox kəndlərə gediş-gəlişi çətinləşdirib və bu kəndlərə tibbi xidmətlərin çatdırılmasına əngəllər yaradıb. Bəzi bölgələrdə havanın tempuraturu -10 dərəcəyədək düşüb. Son 2-3 gün ərzində havanın soyuması nəticəsində 27 uşaq həyatını itirib. Bunu Cuzcan bölgəsinin icra başçısı Rza Qəfuri deyib. O əlavə edib ki, yolların bağlı olması tələf olan uşaqların sayının artmasına səbəb olacaq. Qeyd edək ki, hər ik qarın yağması və uçqunlar nəticəsində Əfqanıstanda onlarla insan həyatını itirir. 2015-ci ildə qar uçqunu nəticəsində Əfqanıstanda 300 nəfər həyatını itirmişdi.