Maide.az

Qar uçqunu nəticəsində bağlanan Quba-Xınalıq yolu açılıb

Fevral 22-də baş verən qar uçqunu nəticəsində bağlanan Quba-Xınalıq yolu açılıb.   Bu barədə APA-nın yerli bürosuna Quba 6 saylı Yol İstismar İdarəsindən məlumat verilib. Yolun açılması nəticəsində rayon mərkəzi ilə əlaqəsi kəsilən 7 kəndlə nəqliyyat yolu bərpa olunub.   Qeyd edək ki, Quba-Xınalıq yolunda 10-dək qar uçqunu baş vermişdi. Yol tamamilə bağlanmış, 7 kəndlə əlaqə kəsilmişdi.