Qarşıdan gələn 3 gün ərzində Kərbəla, Nəcəf, Kazimeyn və Samirrada hava necə olacaq ?
Qarşıdan gələn 3 gün ərzində Ərbəin ziyarətinə gedən zəvvarlar üçün Kərbəla, Nəcəf, Kazimeyn və Samirrada gözlənilən hava şəraiti açıqlanıb. Maide.Az “tasnimnews” saytına istinadla xəbər verir ki, İranın Milli Hidrometeorologiya Departamentin oktyabr ayının 25,26,27-si üçün Nəcəf, Kərbəla, Kazimeyn və Samirra şəhərlərində gözlənilən hava şəraitini açıqlayıb. 25 Oktyabr Nəcəf, Kərbəla, Samirra və Kazimeyn şəhərləri - hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən külək əsəcək. 26 Oktyabr Nəcəf və Kazimeyn - hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir külək əsəcək. Kərbəla və Samirra – hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən külək əsəcək və tozlu olacaq. 27 Oktyabr Kərbəla, Nəcəf, Kazimeyn və Samirra - hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir mülayim külək əsəcək. Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 30 oktybar tarixinə təsadüf edir.