Maide.az

Qarğıdalı saçaqlarının müalicəvi faydaları

Qarğıdalı saçaqlarından çox faydalı müalicəvi və profilaktik çay hazırlamaq olar. Bu səbəbdən qarğıdalı alanda saçaqları atmayın, sağlamlığınız üçün istifadə edin.   Maide.İnfo saglamolun.az-a istinadən belə çayın bir çox faydalı xüsusiyyətlərini təqdim edir:   - Sidikqovucu təsirə malikdir - böyrəkləri, sidik yolları, sidik kisəsini təmizləyir, iltihabı azaldır. - Arterial təzyiqin tənzimlənməsinə kömək edir, ödemləri azaldır. - Qanda şəkərin səviyyəsini aşağı salır. - Qaraciyərin fəaliyyətini yaxşılaşdırır, ödqovucu təsirə malikdir, öd kisəsində durğunluq proseslərini azaldır. - Mübadilə proseslərini yaxşılaşdırır, iştahanı azaldır, arıqlamağa kömək edir. - Sinir sisteminin fəaliyyətinə müsbət təsir edir, sakitləşdirir. - Onkoloji xəstəlilərinin inkişafı riskini azaldır.   Çayı hazırlamaq üçün 1 ç.q. xırdalanmış qarğıdalı saçaqları götürülür, üzərinə 200 ml isti su tökülür, 30 dəqiqə ərzində dəmlənilir. Sonra çayı yaxşı süzün və gün ərzində 2 dəfə yarım stəkan olmaqla adi çay kimi için. Dadını yaxşılaşdırmaq üçün çaya bal və limon da əlavə edə bilərsiniz. /