Maide.az

Qaraçuxur 3 gündür susuz qalıb

14 fevraldan etibarən Suraxanı rayonunun bir neçə qəsəbəsində, o cümlədən "Yeni Günəşli", Qaraçuxurda su yoxdur. Sakinlər 3 gündür ki, susuzluqdan əziyyət çəkir.   Qeyd edək ki, sözügedən əraziyə suyun verilişi gün ərzində iki dəfə, fasilələrlədir. Yəni, səhər saat 07:00-dan 09:00-a və axşam saat 19:00-dan 21:00-a əhali su ilə təmin olunur.   "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Modern.az saytına problemin bu gün aradan qaldırılacağını deyib:   "Əraziyə gedən su xətti yenisi ilə əvəzlənir.Bu səbəbdən də suyun verilişində fasilə yaranıb. Artıq işlər yekunlaşmaq üzrədir. Axşam saatlarında əhali su ilə təmin olunacaq".