Maide.az

Qar Şamaxıda qəzalara səbəb oldu

Bir müddətdir davam edən nisbətən mülayim hava şəraiti şaxta ilə əvəz olunub, bölgələrə qar yağıb.   Şamaxıya yagan qar yollarda çətinlik törədib. Şamaxı-Pirqulu, Şamaxı-Ağsu magistral yolu  buz örtuyunə bürünüb. Bu istiqamətdə hərəkət edən avtomobillərin sürücüləri əziyyət çəkib. Hətta bəziləri qəza törədib.   Rayon ərazisində qara görə 3 qəza hadisəsi baş verib, 6 nəfər xəsarət alıb.   Şamaxının dağlıq ərazilərdə 15-20 santimetrdən çox qar düşüb. Qarın ən çox düşdüyü yer isə Pirqulu qəsəbəsidir ki, bura təxminən 20-25 sm. qar yağıb.   Şəkidə qarın qalınlığı 7-8 sm olub. Avtomobil yollarında çətinlik olmayıb.   Quba Regional Hidrometrometrologiya müəssəsindən verilən məlumata görə, yanvarın 26-dan axşam saatlarından hava şəraiti dəyişib. Temperatur əvvəlki günlərlə müqayisədə 4-5 dərəcə aşağı enib. Qubada yagan qar yollara təsir etməyib. Qarın yağmasına sakinlər sevinib.   Belə hava şəraiti yanvarın 30-na kimi davam edəcək.