Maide.az

Qaradağda sərnişin avtobusu yük avtomobilinə çırpılıb, yaralananlar var - YENİLƏNİB

Qaradağ rayonunda sərnişin avtobusunun yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.   Maide.Az bildirir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.    Hadisə nəticəsində 37 yaşlı kişi kəllə-beyin, 18 yaşlı kişi qapalı kəllə-beyin travması, 26 yaşlı qadın isə sol əl və sağ ayağından xəsarət alıb.    Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda onların vəziyyəti qənaətbəxşdir.   *** Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb.   "İslaminSesi.info" -nın xəbərinə görə, hadisə rayonun Ələt qəsəbəsində baş verib.   Belə ki, sərnişin avtobusu yük avtomobilinə çırpılıb.   Hadisə yerinə xilasedicilər və təcili yardım briqadası cəlb olunub.Report