Maide.az

Qaradağda 5 mağaza yanıb

Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşlara məxsus ümumi sahəsi 163 kv.m olan 5 mağazanın yanar konstruksiyaları, lambirdən ibarət tavanı və içərisində olan mallar 12 kv.m sahədə yanıb. Maide.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.