Maide.az

Qara ciyərin sağlamlığı üçün faydalı təbii içki

Bu faydalı içki qara ciyər və öd kisəsi üçün çox faydalıdır - iltihabəleyhinə təsir edir, fəaliyyətini yaxşılaşdırır, təmizləyir, möhkəmləndirir, bərpa proseslərini sürətləndirir. Sizə bu faydalı içkinin reseptini təqdim edirik. Tərkib: - 1 ədəd qreypfrut - 1 x.q. sürtgəcdən keçirilmiş təzə zəncəfil - 1 diş sarımsaq - 1 x.q. bal    / - 200 ml su Hazırlanması: 1. Sarımsaq sarımsağəzənlə əzilir, sürtgəcdən keçirilmiş zəncəfillə yaxşı qarışdırılır. 2. Qreypfrutdan şirə sıxılır. 3. Sarımsaqla zəncəfilin qarışığı, şirə, bal və su blenderlə yaxşı qarışdırılır və axşam yatmazdan təxminən 1 saat əvvəl kiçik qurtumlarla içilir. Bu içkini həftədə 2-3 dəfə qəbul edin.   Saglamolun.Az