Maide.az

Qarabağ məsələsi Vaşinqtonda müzakirə oluncaq

Xarici İşlər Nazirliyi rəsmi məlumat yayıb.   Qeyd olunur ki, oktyabrın 23-də xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək.   1988-ci ildən Azərbaycanın Dağlıq Qarabağ bölgəsini özünə birləşdirmək üçün hərbi-siyasi təcavüzə başlayan Ermənistan ölkənin bütün cənub-qərb bölgəsini işğal edib.   Münaqişənin dinc yolla nizamlanması üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu 11 üzvdən ibarətdir: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.   1994-cü ildə həmsədrlik institutu yaradılıb. Hazırda ABŞ-dan Endrü Skofer, Fransadan Stefan Viskonti, Rusiyadan İqor Popov həmsədrlik edirlər.   2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusu işğal bölgəsində əməliyyat keçirir: Cəbrayıl və Füzuli şəhərləri və həmin rayonların bir çox kəndi, Xocavənd rayonunun və keçmiş Ağdərə rayonunun bəzi məntəqələri, strateji yüksəkliklər, o cümlədən Kəlbəcər istiqamətində Murov yüksəkliyi azad olunub.