Maide.az

Qarabağda düşmən əsgəri vuruldu

Erməni tərəfi bu gün Qarabağda yeni atışmaların baş verdiyini və bir erməni əsgərinin yaralandığını açıqlayıb.   Maide.az-ın verdiyi məlumata görə, qondarma “DQR müdafiə nazirliyi” Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində fəal atışşma baş verdiyini, bu zaman erməni ordusunun 1995-ci il təvəllüdlü əsgəri Viktor Abramovun yaralandığını bildirir.   Xəbərə görə, yaralı erməni hospitala aparılıb və onun vəziyyəti sabit ağırdır.