Maide.az

`Qarabağ` - PAOK oyununun hakimləri müəyyənləşib

Oyun israilli hakimlərə tapşırılıb   Avropa Liqasının qrup mərhələsində "Qarabağ" və Yunanıstanın PAOK klubu arasında keçiriləcək III turun oyununa bütün təyinatlar açıqlanıb.    "Report"un məlumatına görə, oktyabrın 20-də Bakıda baş tutacaq qarşılaşma israilli hakimlərə tapşırılıb.   Avropa Liqası, III tur 20 oktyabr 21:00. "Qarabağ" (Azərbaycan) - PAOK (Yunanıstan) Baş hakim: Alon Yefet Yan xətt hakimləri: Danni Krasikov, Nissan Davidi Əlavə köməkçi hakimlər: Roy Reynşreyber, Ziv Adler Dördüncü hakim: Kiril Balikin (hamısı İsrail) Hakim inspektor: İqor İşenko (Ukrayna) UEFA nümayəndəsi: Rudolfe Mannaerts (Belçika) Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu