Maide.az

Qadınlar və uşaqlardan ibarət ailə üzvləri yolu bağladı - SƏBƏB

Bakının Yasamal rayonunda vətəndaşlar maşın yolunu kəsiblər.   Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.   Bildirilir ki, qadınlar və uşaqlardan ibarət ailə üzvləri "20 yanvar" stansiyası yaxınlığında, üzü Tbilisi prospekti istiqamətində yolu bağlayıblar.   Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsindən BAKU.WS-ə bildirilib ki, yolu bağlayan vətəndaşlar artıq yolu açıblar:   "Vətəndaşlar məcburi köçkündürlər. Onların məişət problemləri olduğu üçün yolu bağlamaq qərarına gəliblər. Hazırda yolu bağlayan vətəndaşlar “Qaçqınkom”dadırlar. Onların problemləri araşdırılır və məsələ həll ediləcək", - deyə bölmədən bildirilib.