Qəzzada sionist rejimin ‘ilhaq planı’na qarşı etiraz yürüşü keçirilib
Qəzza zolağında yüzlərlə fələstinlinin iştirakı ilə İsrailin işğal olunmuş Qərb sahilindəki bəzi ərazilərin "ilhaq etmək" planına qarşı etiraz yürüşü keçirilib. Maide.Az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, etiraz aksiyasında iştrak edən fələstinlilər sionist rejimin ilhaq planı pisləyib. Fələstin bayraqları və plakatlarla Qəzza küçələrində yürüş edən etirazçılar ABŞ-ın “Əsrin müqaviləsi” planını da pisləyiblər. Aksiya iştirakçıları işğalçı İsrail rejiminin ilhaq planına qarşı etirazları davam etdirəcəklərini bildiriblər.