Maide.az

Qəzza müqaviməti atəşkəs üçün İsrail rejiminə vaxt verdi

Qəzza müqaviməti atəşkəs müqaviləsinin şərtlərinin həyata keçirilməsi üçün sionist rejimə mayın 9-na qədər vaxt verib.   Maide.Az "Deyerler.org"-a istinadən xəbər verir ki, atəşkəs müqaviləsinə görə, Sionist İsrail rejimi cümə axşamı gününə kimi bu şərtləri yerinə yetirməlidir:   - Balıqçıların ov etmə məsafəsi 12 milə qədər genişləndiriləcək,   - Qəzza sərhədin dinc aksiya keçirənlərə atəş açıqlamayacaq,   - Qətərdən göndərilən maliyyə yardımları və yanacaq tankerlərinin Qəzzaya daxil olmasına icazə veriləcək,   - Qəzzadakı xəstələrin rahat şəkildə müalicə olması üçün Misirə getməsinə icazə veriləcək,   - Qəzza əhalisinin əsas ərzaq və geyim ehtiyaclarının Qəzzaya buraxılmasına icazə veriləcək.