Maide.az

Qəza təhlükəli yol sahələrinin interaktiv xəritəsi hazırlanacaq

Qəza təhlükəli yol sahələrinin interaktiv xəritəsi hazırlanacaq.   Maide.Az xəbər verir ki, bu barədə “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.   Belə ki, 2020-ci ilin sonunadək qəza təhlükəli yol sahələrinin və qəza ocaqlarının interaktiv xəritəsinin yaradılması nəzərdə tutulur.   Xəritənin yaradılması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və “Azərbaycan Dəmir Yolları” QSC-nin öhdəliyinə verilib.