Qəzzada foto sərgi təşkil olunub
İslami Cihad Hərəkatı Qəzzada “Geri dönüş aynası” adlı foto sərgi təşkil edib. Maide.Az “SAWA” xəbər saytına istinadən bildirir ki, Qəzzanın “Əs- Saraya” meydanında təşkil olunan sərginin açılış mərasimində İslami Cihad Hərəkatının rəhbərləri, ictimai və siyasi şəxsiyyətlər,tələbə və şagirdlər itşriak edib. Sərgidə işğalçı İsrail rejiminin Qəzza sərhəddində dinc aksiyaçılara hücumları və baş vermiş qarşıdurmalar mövzusunda fotolar nümayiş olunur.