Maide.az

Qətər OPEC-i tərk etdi

Qətər Neft İxrac Edən Ölkələr Təşkilatında (OPEC) təmsil olunmayacağını açıqlayıb. Maide.az FaktXəbər-ə istinadla xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.   Ölkənin energetika naziri Səd əl-Kabi bildirib ki, Qətər bundan sonra digər ölkələr kimi neft ticarətini müstəqil həyata keçirəcək.   Qeyd edək ki, Qətər müstəqil neft ixracatına 2019-cu ilin yanvarından başlayacaq.   Qətər OPEC üzvü kimi gündə 656 min barel neft hasil edirdi.