Qərbi Benqaliyada ilk dəfə bir müsəlman bələdiyyə sədri oldu
Hindistanın Qərbi Benqaliya əyalətinin paytaxtı Kalkütada müstəqillikdən sonra ilk dəfə olaraq bir müsəlman bələdiyyə sədri seçilib. Maide.Az “dunyabulteni”ə istinadla xəbər verir ki, cümə axşamı günü açıqlanan seçki nəticələrinə görə Firhad Hakim Qərbi Benqaliya rəhbəri Mamata Banerjeenin göstərişi əsasında Kalküta bələdiyyəsinə sədr təyin edilib. Yeni bələdiyyə sədri F.Hakim şəhərin inkişafı üçün çalışacağını bildirib. Hindistanda aparılmış 2011-ci ilin statistikasına görə, Qərbi Benqaliya ştatının əhalisi Hindistanın əhalisinin 27.1 faizini təşkil edir. Burada 24 milyondan çox Benqallı müsəlman yaşayır.