Qəzzada İsrailə qarşı `böyük etiraz nümayişi` çağırışı
Fələstində yaradılan “Milli Heyət” gələn həftə Qəzza zolağının sakinlərinini "Yaralıları anma" adlı genişmiqyaslı dinc nümayişlərdə iştirak etməyə çağrııb. Maide.Az “Mehr”agentliyinə isitnadən xəbər verir ki, “Böyük Qayıdış Yürüşü”nün məqsədlərinə çatanadək bu aksiyaları davam etdirəcəyini açıqlayan təşkilat mitinqləri təşkil etmək və iştirakçıları mühafizə etməyi üzərinə götürüb. Qeyd edək ki, mart ayından Fələstində dinc aksiyalara start verilib. “Böyük Qayıdış Yürüşü” çərçivəsində təşkil edilən aksiyalara işağlçı sionist İsrail rejimi tərəfindən sərt müadaxilələr olunur. Hər həftənin cümə günü namazdan sonra etirazlar daha da güclənir və işğalçı rejim əsgərlərinin müdaxiləsi nəticəsində onlara fələstinli yaralanır. Hərbçilər döyüş patronlarından, eləcə də gözyaşardıcı qazdan istifadə edirlər.