Maide.az

Qəzzada `Beynəlxalq Qüds Günü` - 4 şəhid, 618 yaralı

İyun ayının 8-də Qəzzanın Fələstinin işğal olunmuş əraziləri ilə sərhəddində "Beynəlxalq Qüds Günü" fələstinlilərə İsrail rejimi əsl güllələrlə müdaxilə edib.   Maide.Az "AA"-a istinadən xəbər verirki, 4 fələstinli  -  29 yaşlı  Yusuf əl Fasih,  15 yaşlı Haysem İmad əl-Cəml, 25 yaşlı Ziyad  Cadallah əl-Bərim,  26 yaşlı  İmad Nəbil Əbu Dərrab - şəhid olub.    Beynəlxalq Qüds Günü etiraz aksiyasında işğalçı rejimin müdaxiləsi nəticsəində 618 nəfər yaralanıb. Onlardan  117 nəfər əsl güllələrlə yaralanıb. Yaralılardan 9 nəfərin vəziyyəti ağırdır.    Qeyd edək ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə,  mart ayının 30-dan  başlayan "Böyük qayıdış yürüşü" etiraz aksiyasında indiyədək  120-dən çox fələstinli şəhid olub. Onlardan 13-u azyaşlı uşaq,  2-si tibb işçisi, 2-si jurnalistdir.  Bu aksiyalar zamanı  13 min 672 nəfər yaralanıb ki, onların 7451-i  əsl güllərlə hədəf alınıb.