Maide.az

Qərb rayonlarında güclü yağış gözlənir

Mayın 9-da Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Gecə bəzi yerlərdə zəif duman, çiskin olacağı gözlənir.   Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 14-18, gündüz 25-30, Bakıda gecə 15-17, gündüz 27-29 dərəcə isti olacaq.   Mayın 9-da Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, qərb rayonlarında isə yağıntının intensiv olacağı vurğulanır. Gecə 14-19, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 15-20 dərəcə isti təxmin edilir.