Qəzzada daha bir fələstinli jurnalist həlak oldu - FOTO
Qəzza zolağında sərhəddə İsrail hərbçiləri tərəfindən yaralanan fələstinli jurnalist xəstəxanada vəfat edib. Maide.Az "FaktXeber"-ə istinadən xəbər verir ki, bir aydır ki, davam edən aksiyalarda o, həyatını itirən ikinci jurnalistdir. 25 yaşlı Əhməd Əbu Hüseyn yerli radiostansiya üçün reportaj hazırlayarkən güllələnmişdi. Qəzza zolağında Səhiyyə Nazirliyi bəyan edib ki, qarnından güllə yarası alan gənc jurnalist Təl-əviv yaxınlığında Şeba hospitalında müalicədən sonra vəfat edib.