Maide.az

Qəribə bakteriya təhlükəli həddə qalxır - Ət yeyirlər

Avstraliyanın Viktoriya əyalətində ət yeyən bakteriya növü yayılmağa başlayıb.   Maide.Az “acilnews”a istinadən xəbər verir ki, bakteriyanın Buruli xorası xəstəliyinə səbəb olduğu bildirilir.   Məlumata görə, 2012-ci ildə 100-ə yaxın insana bu diaqnoz qoyulsa da, 2016-cı ildə 182, 2017-ci ildə isə 275 nəfərdə müşahidə edilib.   Bu ilin 4 ayı ərzində daha 30 nəfər eyni xəstəlikdən əziyyət çəkib.   Hazırda bu bakteriyanın yaranma səbəbləri araşdırılır.